Mollalar Obamanın arvadını geyindirdi - FOTO

  26 Fevral 2013    Oxunub : 630
Mollalar Obamanın arvadını geyindirdi - FOTO
İran mediası mükafatı Mişel Obamanın təqdim etməsindən tutmuş Aflekin təşəkkür nitqinə qədər hər şeyi tənqid atəşinə tutub.
Amerikalı aktyor və kinorejissor Ben Afflekin "Arqo" filmi "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Aflekin qələbəsini mərasimə Ağ Evdən canlı bağlanan Mişel Obama elan edib. Aflek isə mükafatı alarkən “Hazırda dəhşətli şərtlər altında yaşayan İranlı dostlarımıza təşəkkür etmək istəyirəm” deyib.

1979-cu il İran İslam İnqilabından sonra yaşanan girov qalmaqalından bəhs edən “Arqo”nun ötən gün gün “ən yaxşı film” nominasiyasında qalib gəlməsi İranı xeyli qəzəbləndirib.

Ötən il ən yaxşı xarici film nominasiyasında qalib gələn “A Seperation” filmi kimi bu il də “Arqo” Tehranı biri-birinə qatıb. “Arqo” İranda heç bir kinoteatrda nümayiş olunmasa da “Washington Post”un yazdığına görə artıq ikinci ildir ki, iranlılar bütün diqqətlərini Oskar mərasiminə cəmləşdirib. İran dövlət televiziyası filmi “Mərkəzi Kəşfiyyat İdarəsinin reklamı” kimi dəyərləndirib. İran Mədəniyyət naziri Məhəmməd Hüseyni isə “Hollivud tarixi saxtalaşdırır. Bu, film İrana qarşı aparılan soyuq müharibənin bir parçasıdır” deyib.

“Fars” xəbər agentliyi isə ötən gecə “ən yaxşı film” nominasiyasının qalibini açıqlayan Mişel Obamanın dekolteli və çiyinləri açıq palatarını “photoshop”layıb. Birinci xanımın senzuralanan gecə qiyafəsi boğaza qədər qapadılıb.

Teqlər: