`ABŞ KİV-lərində korrupsiya tüğyan edir` - Tramp

`ABŞ KİV-lərində korrupsiya tüğyan edir` - Tramp
  26 Oktyabr 2016    Oxunub:3328
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp rəqibi Hillari Klintonun prezident seçiləcəyi halda aparacağı siyasətin ölkəni üçüncü dünya müharibəsinə sürükləyə biləcəyini bəyan edib.

AzVision.az xəbər verir ki, bu barədə Tramp “Reuters”ə müsahibəsində bildirib.

“Klintonun Suriyaya dair heç bir planı yoxdur. Onun prezident seçilməsi üçüncü dünya müharibəsi ilə nəticələnəcək. O, Liviyada nə etdiyini bilmir”, - deyə Tramp vurğulayıb.

Tramp eyni zamanda ölkə KİV-lərini seçkiqabağı kampaniyanı qərəzli işıqlandırmaqda ittiham edib. Onun sözlərinə görə, ABŞ KİV-lərində korrupsiya tüğyan edir.

“Biz birlikdə fırıldaqçı və korrupsiyaya düçar olan mediaya qalib gələcəyik. KİV əməkdaşlarından çox rüşvətxor yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar korrupsiyalaşmış qruplardır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti