Atambayev hökuməti istefaya göndərdi

Atambayev hökuməti istefaya göndərdi
  26 Oktyabr 2016    Oxunub:1669
Qırğızıstan prezidenti Almazbek Atambayev hökumətin istefası haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, Nazirlər Kabinetinin istefası dörd fraksiyadan ibarət olan parlament koalisiyasının statusunun itirilməsi barədə rəsmi elanla bağlıdır.

Buna qədər parlamentin spikeri palataya buraxılma haqqında rəsmi məlumat verib.

İnzibati idarələrinin rəhbərləri, eləcə də baş nazir, hökumət üzvləri, baş nazirin birinci müavini hökumətin yeni tərkibi təyin edilənədək öz vəzifələrin icrasını davam etdirəcəklər.

Bu gün səhər parlamentin iclasında “Qırğızıstan” koalisiyasının lideri Kanat İsayev bildirib ki, oktyabrın 24-də Sosial Demokrat Partiyasının fraksiyasının koalisiyadan çıxması səbəbi ilə koalisiya öz statusunu itirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti