`The Independent` qəzeti Klintonu `vurdu`

`The Independent` qəzeti Klintonu `vurdu`
  26 Oktyabr 2016    Oxunub:2343
“Bütün dünyada sülhü təmin etmək üçün ABŞ-ın sadəcə olaraq Rusiya ilə kifayət qədər səmimi münasibətlər qurması yetərlidir. Hillari Klintondan fərqli olaraq Respublikaçılar partiyasından prezidentliyinə namizəd Donald Tramp bunu gözəl başa düşür”.

AzVision.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti yazıb.

“Demokratların prezidentliyə namizədi (Hillari Klinton – red) üçüncü dünya müharibəsinin başlanğıcına səbəb ola bilərmi? Onun edə biləcəyi barədə heç bir şübhələr yoxdur. Tramp isə bu mühüm parametrə görə öz rəqibini keçir. Əgər xarici siyasətdə “Düşmənimin düşməni mənin dostumdur” prinsipindən çıxış etsək onda Rusiya ilə sülh, əməkdaşlıq və alyans yaratmaq bəlkə yaxşı olardı” - deyə məqalədə bildirilib.

Qəzetin yazdığına görə, əgər Tramp ABŞ prezidenti olacaqsa o, rusiyalı həmkarı ilə Suriyada terrorizmlə birgə mübarizə haqqında razılığa gələcək: “Onlar ümumi hədəfi izləyəcək və İŞİD-in məhv edilməsinə çalışacaqlar. Klintona gəlikdə isə onun xarici siyasətində birinci yeri Amerikanın maraqları tutacaq, Rusiyanın Ukrayna və Baltikyanı siyasətinin Birləşmiş Ştatlara dəxli olmayacaq. Üçüncü dünya müharibəsinin qarşısını almağın ən sadə üsulu ruslara bizə (ABŞ-red) aid olmayan məqamlar barədə nə istədiyini etməyə icazə verməkdir”.

Nəşrdə qeyd olunub ki, Rusiya və ABŞ münasibətləri demokratların hakimiyyətdə olduğu dövrdə hər zaman kəskin olub: “1962-ci ildə demokrat Kennedinin vaxtında yaşanan Karib böhranı az qala dünyanı dağılmaq həddinə gətirib çıxaracaqdı”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti