ABŞ-ın Mosul əməliyyatının sirri - TƏHLİL

ABŞ-ın Mosul əməliyyatının sirri - TƏHLİL
  26 Oktyabr 2016    Oxunub:3021
Ötən bazar günü ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp sosial şəbəkələrdən birində İraqın Mosul şəhərinin terrorçulardan azad olunması üzrə əməliyyatı “tam bir faciə” adlandırıb.

Tramp daha əvvəl isə bəyan etmişdi ki, ABŞ Demokratlar partiyasından namizəd Hilari Klintonu dəstəkləmək üçün əməliyyatlara başlayıb.

Doğurdanda, ABŞ hərbçilərinin Mosul istiqamətində aktivləşməsinin əsas səbəbi seçicilərə demokratların xarici siyasətdə bəzi aşkar və “parlaq” nailiyyətlərini və Obama administrasiyasının İŞİD terror qruplaşmasına qarşı real mübarizəsini nümayiş etdirməkdir.

Lakin ABŞ demokratlarının İraqın şimalında belə güclü PR aksiyası olması heç də təsadüf deyil. Belə ki, bu halda Barak Obama Administrasiyası, Pentaqon, ABŞ-ın böyük transmilli korporasiyalarının və Fars körfəzi ölkələrinin maraqları üst-üstə düşür.

Mosulun azad olunması üzrə kampaniya noyabrın 8-də başa çata bilər

Bir çox ekspertlər hesab edir ki, Dövlət Departamenti və Pentaqonun Mosulun “azad olunması” üzrə PR kampaniyası noyabrın 8-də ABŞ-da prezident seçkilərinin yekun səsvermə günü başa çata bilər. Məhz bu gün ABŞ hərbçilərinin əməliyyatlarda iştirakına ehtiyac qalmayacaq.

Bir tərəfdən yeni prezident seçiləndən sonra Dövlət Departamentində Mosula hücum motivasiyası sözün əsl mənasında artacaq. Digər tərəfdən isə anlamaq lazımdır ki, bu gün İŞİD-in lehinə və əleyhinə olan tədbirlər müəyyən ərazini əhatə etmir, əksinə qlobal-strateji xarakter daşıyır. Aydındır ki, ABŞ İŞİD terror təşkilatının fəaliyyəti ilə manipulyasiya edərək bütün Avrasiya materikinin cənub hissəsinin idarə olunması üzrə uzunmüddətli hədəflərini həyata keçirir.

Suriyada isə terrorçuların əli ilə geosiyasi oyunçular prezident Bəşər Əsədi vəzifədən uzaqlaşdırmağa çalışır. Onlar bu yolla Fars körfəzi zonası və İrandan karbohidrogenlərin Avropaya mümkün tranzitinin keçəcəyi əraziləri nəzarətə götürmək istəyirlər. İraqın şimalında da oyunçular Mosul ərazisində yığışan terrorçuları öz maraqları çərçivəsində istifadə edərək bu hədəfə nail olmaq istəyirlər.



Qeyd edək ki, İŞİD Suriya və İraqın neftlə zəngin rayonlarını nəzarətdə saxlamaq üçün yaradılıb və bu gün də təşkilat yalnız buna görə dəstəklənir. Regionda nəzarətə “ehtiyac olduğu” digər tranzit ərazilər də var.

Belə bir ərazilərdən biri TAPİ layihəsinin həyata keçirildiyi Türkmənistan və Pakistan ərazisində olan məkandır. Məhz bu qaz kəməri vasitəsilə Türkmənistanda ən böyük qaz yatağı olan “Qalınkamış”dan çıxarılan qazın Əfqanıstan və Pakistanın cənubundan keçməklə Hindistana çatdırılması nəzərdə tutulub. Bundan əlavə bu kəmərin gələcəkdə şimalda Qazaxıstan və Rusiyaya, qərbdə isə Xəzər dənizi üzərindən Azərbaycana qədər uzanması planlaşdırılır.

Aydındır ki, bu layihə ABŞ-Səudiyyə, və ABŞ-Qatar şirkətlərinin (yeri gəlmişkən onlar məhz Hilari Klintonu dəstəkləyirlər) layihələrinə birbaşa və ciddi rəqibdir. Yeri gəlmişkən “Qalınkamış” yatağının işlənməsində Çin aktiv şəkildə iştirak edir. Təbii ki, TAPİ layihəsinin həyata keçirilməsi adı çəkilən geosiyasi güclərin diqqətindən yayına bilməz.

Onlar şimala gedəcəklər

İŞİD və bu kimi digər qruplaşmalar TAPİ layihəsini dayandıra, ən azı onun reallaşdırmasını dondura biləcək yeganə real güclərdir. Bunun üçün isə cihadın dağıdıcı gücünü şimala yönləndirmək lazımdır.



Mosulun azad olunması üzrə əməliyyatların iki əsas hədəfi var. Birincisi daha əvvəl də Rusiya KİV-nin yazdığı kimi yaraqlılara Hələbə getməyə şərait yaratmaq, onların “silah qardaşlarına” dəstək verərək Suriya hökuməti və Rusiya Hərbi-Kosmik Güclərinə “dinc müxalifət” üzərində qələbə qazanmasına mane olmaqdır.

İkinci hədəf isə İŞİD yaraqlılarının ölkənin şimal-qərbində əsas strateji obyektlərin ABŞ hərbçilərinin nəzarətində olduğu Əfqanıstana yönləndirməkdir.

Radikal müsəlmanlar və ABŞ hərbçilərinin gizli ittifaqı şəklində idarə etdiyi Əfqanıstanın qərbində bu gün ABŞ-dan gələn silahlar, texnika və digər vəsaitlər terror təşkilatlarının liderləri, yaraqlılarına ötürülür. Görünən budur ki, terrorçuların bir qismi yeni istiqamətdə - Heratdan, Aşqabad və Türkmənbaşıya qədər olan ərazidə cəmləşəcək.

Bu istiqamətdə “ilk işlər” özünü hələ iki ay əvvəl – “naməlum” terrorçuların Türkmənistan sərhəd-keçid məntəqəsinə hücumunu göstərmək olar. Burada İŞİD-in imzası aydın görünür: Girov götürülən sərhədçilərin başlarının kəsilməsi və s.

Yaraqlıların Türkmənistana ikinci dəfə daxil olması bu ilin iyununda Qazaxıstanın Aktobe şəhərində cihadçıların terror aktları ilə üst-üstə düşüb. Bu qəribə əməliyyat (Mağazanın ələ keçirilməsi, hərbi hissəni tutmaq cəhdi və s) zamanı 8 nəfər həlak olub, Qazaxıstan rəhbərliyi bu işlə əlaqədar 73 cinayət işi başladıb.

İraqın şimalına dair proqnozlara cavabı isə biz təxminən noyabrın 8-dən sonra tapa biləcəyik. Lakin aydındır ki, Pentaqon üçün regionun “B” planı da və bu plan Əfqanıstanda narkobiznesə nəzarət və ya Suriyada demokratiya qurmaqdan daha böyük miqyasa malikdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti