`Əsəd bizi dayandıra bilməz` - Türkiyə məqsədini açıqlandı

`Əsəd bizi dayandıra bilməz` - Türkiyə məqsədini açıqlandı
  26 Oktyabr 2016    Oxunub:1766
Türkiyə “Fərat qalxanı” çərçivəsində hərbi əməliyyatları davam etdirəcək.
AzVision.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab şəhərini İŞİD terror təşkilatından azad etməlidir:

“Buna qədər əməliyyatlar davam edəcək. Məqsədimiz regionun İŞİD terrorçularından təmizlənməsidir”.

Nazir Suriya prezidenti Bəşər Əsədə qarşı ittihamlar səsələndirib: “İŞİD qruplaşmasına qarşı mübarizə aparanlara Suriyadakı rejim (Bəşşar Əsəd - red) və ona bağlı güclər hücum edir. Bir daha bəyan etmək istəyirəm ki, onların Suriya Azadlıq Ordusuna hücumu “Fırat kalkanı” əməliyyatını dayandıra bilməz”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti