`Qarabağ münaqişəsinə laqeyd qala bilmərik` - Ərdoğan

`Qarabağ münaqişəsinə laqeyd qala bilmərik` - Ərdoğan
  26 Oktyabr 2016    Oxunub:2509
“Avropada ksenofobiya artır. Çünki orada 5 milyondan çox türk və türk mənşəli insan var”.

AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, Türkiyə bölgədəki problemlərdən kənarda qala bilməz.

“Azərbaycanlı qardaşlarımız Qarabağ üçün göz yaşı tökərkən, biz burada yaxşı yaşaya bilərikmi? Buna laqeyd qala bilərikmi? Əsla.

Eyni vəziyyət Suriya üçün də keçərlidir, İraq üçün də. Eyni zamanda bütün Şimali Afrika üçün, hətta aşağıya doğru bütün Afrika üçün keçərlidir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti