Azərbaycanlı idmançı Sarkisyanı döydü - Video

Azərbaycanlı idmançı Sarkisyanı döydü - Video
  27 Oktyabr 2016    Oxunub:10671
Məşhur azərbaycanlı karate ustası Rafael Ağayev bu günlərdə Avstriyanın Lintz şəhərində keçirilən dünya çempionatının finalına yüksəlib.
AzVision.az xəbər verir ki, 75 kiloqrama qədər Dünya çempionu və 13 qat Avropa çempionumuz finala gedən yolda Macarıstan, Hollandiya, Özbəkistan, Ermənistan və İrandan olan rəqiblərinə qalib gəlib. Finalda Ağayev Misirdən olan idmançı ilə üz-üzə gələcək.

Bundan əlavə, 84 kq çəkidə mübarizə aparan Ayxan Mamayev də finala çıxıb.

AzVision.az Ağayevin erməni idmançı Seryoja Sarkisyana 3:0 hesabı ilə qalib gəldiyi döyüşün görüntülərini təqdim edir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti