Obamadan Ərdoğana zəng: `Türkiyəyə təşəkkür edirəm`

Obamadan Ərdoğana zəng: `Türkiyəyə təşəkkür edirəm`
  27 Oktyabr 2016    Oxunub:3192
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında 1 saat 25 dəqiqə davam edən telefon söhbəti Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı başda Suriya və İraq olmaqla bölgədə İŞİD-ə qarşı mübarizə məsələsində qətiyyətli olduqlarını təsdiq edərək, Şimali İraqda PKK-nın məskunlaşmasının qarşısının alınmasında ortaq mövqe sərgiləyib, İraqın suverenliyi və ərazi bütövlüyünü tandıqlarını deyiblər.

Prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda iştirakının müvafiq səviyyədə müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb.

Prezident Obama həmçinin Suriya müxalifətinə göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib, Suriyanın şimal-qərbində İŞİD-ə qarşı birgə əməkdaşlığın önəmliyini vurğulayıb.

Öz növbəsində Ərdoğan İŞİD və PKK daxil olmaqla bölgənin bütün terror qruplaşmalarından təmizlənməsinin vaciliyini diqqətə çatdırıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti