10 gündə 900 İŞİD-çi məhv edilib

10 gündə 900 İŞİD-çi məhv edilib
  27 Oktyabr 2016    Oxunub:1606
İraqın Mosul şəhərinin azad edilməsi üzrə əməliyyatlar başlayandan bu günə qədər İŞİD terror qruplaşmasının 900-dək çox üzvü məhv edilib.
AzVision.az -ın “Frans press” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın ordu generalı Cozef Votel bəyan edib.

“Bizim qiymətləndirmələrimizə görə, 10 gün ərzində Мosulun azad edilməsi zamanı keçirilən əməliyyatlarda İŞİD-in 800-900 arası yaraqlısı məhv edilib. Hazırda əməliyyatlar davam edir”- deyə general bəyan edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti