Lavrov və Zərif Bakıdakı görüşü müzakirə edib

Lavrov və Zərif Bakıdakı görüşü müzakirə edib
  27 Oktyabr 2016    Oxunub:1792
Oktyabrın 28-də Moskvada Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, görüşdə Suriya problemi və terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə ediləcək.

Zaxarova əlavə edib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Rusiya XİN rəhbəri Sergey Lavrov arasında baş tutacaq görüşdə tərəflər regional məsələləri, Rusiya, İran və Azərbaycan dövlət başçılarının Bakıdakı üçtərəfli sammitində əldə edilən razılıqları müzakirə edəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti