Putin ukraynalı milyarderə vətəndaşlıq verdi

Putin ukraynalı milyarderə vətəndaşlıq verdi
  27 Oktyabr 2016    Oxunub:1981
Rusiya prezidenti Vladimir Putin ukraynalı milyarder Eduard Şifrinə ölkə vətəndaşlığını verib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Milyarderin 16 yaşlı qızı Sofiya Roza da Rusiya vətəndaşı olub.

Putin bu sərəncamla, Ukraynadan olan bir neçə şəxsə, iki vyetnamlıya və bir əfqana Rusiya vətəndaşlığı verib.

Qeyd edək ki, Şifrin Dnepropetrovskda anadan olub, Moskva Polad və ərintilər İnstitutunu bitirib. O, “Midland Group” holdinqinin həmtəsisçidir. Məlumatlara əsasən onun sərvəti bir milyarddan artıqdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti