Ermənistan ordusunda daha bir itki - Yaralılar var

Ermənistan ordusunda daha bir itki - Yaralılar var
  27 Oktyabr 2016    Oxunub:3620
Bu gün axşam saatlarında Ermənistanın Ararat şəhəri yaxınlığında yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az Shamshyan.com-a istinadən xəbər verir ki, qəza zamanı məzuniyyətdə olan hərbçi David Vardanyan ölüb.

Vardanyanın idarət etdiyi avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində 20 yaşlı Flipp Mkrtçyan, 21 yaşlı Albert və 14 yaşlı Tiqran Qalstyan yaralanıb. Onlar yaxınlıqda olan xəstəxanaya yerləşdirilib.

Hərbçi Çambarak şəhərində xidmət aparıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti