Erməni tərəfi: Prezidentlərin görüşü gözlənilmir

Erməni tərəfi: Prezidentlərin görüşü gözlənilmir
  28 Oktyabr 2016    Oxunub:1996
Yaxın vaxtlarda Azərbaycan və Ermənistanın prezidentlərinin görüşü planlaşdırılımır.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.

Onun sözlərinə görə, erməni tərəfinin Qarabağ məsələsində mövqeyi dəyişməyəcək: “Bu mövqe dəyişməyib və dəyişməyəcək. “Dağlıq Qarabağ Respublikası” müstəqil olmalıdır. Azərbaycanın tərkibində heç bir statusdan söhbət belə gedə bilməz”.

Şarmazanov bununla Ermənistanın Dağlıq Qarabağ üzrə konstruktiv danışıqlardan yayındığını, rəsmi İrəvanın münaqişənin həllində sülh istəmədiyini etiraf edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti