Ukrayna itkin düşmüş azərbaycanlını axtarır

Ukrayna itkin düşmüş azərbaycanlını axtarır
  29 Oktyabr 2016    Oxunub:1818
Ukraynanın hüquq-mühafizə orqanları bu ölkədə itkin düşmüş azərbaycanlını beynəlxalq axtarışa verib.
AzVision.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, 10 iyul 1947-ci ildə Azərbaycanda anadan olmuş Balaş Abbasov barəsində “sarı xətt”lə dövlətlərarası axtarış elan edilib. Azərbaycan dili ilə bərabər rus dilini də mükəmməl bilən B.Abbasovdan keçən ilin 29 may tarixindən məlumat almaq mümkün olmayıb.

Onun hansı şəraitdə yoxa çıxdığı məlum deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti