Klinton barəsində istintaq bərpa olundu
C.Kominin sözlərinə görə, digər iş üzrə araşdırma aparan FTB həmin işin Klintonun xidməti və fərdi yazışmaları ilə əlaqəli olduğu qənaətinə gəlib. Komi qeyd edib ki, FTB əməkdaşları məktubların məzmunu ilə yenidən tanış olmalı, onların istintaq üçün mühümlüyünü qiymətləndirməlidirlər.
İddiaya əsasən, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb.
Xatırladaq ki, Hillari Klinton iyulun 2-də Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən “elektron poçt işi” üzrə 3,5 saat dindirilib.
AzVision.az
Teqlər: