`ABŞ-da seçki keçirmək mənasızdır` - Tramp

`ABŞ-da seçki keçirmək mənasızdır` - Tramp
  29 Oktyabr 2016    Oxunub:2372
ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp Ohaya ştatında seçiciləri önündə çıxış edərkən rəqibi Hillari Klintonun siyasətinin çox pis olduğunu bildirib.

Bu barədə AzVision.az “The Business Insider”-ə istinadən xəbər verir.

“Burada fərq nədədir. Sadəcə mən özüm haqqında düşündüm. Biz sadəcə seçkiləri ləğv etməli və qələbəni Trampa verməliyik”, - deyə namizəd seçki keçirməyin mənasız olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-ində keçiriləcək. Prezidentlik postu uğrunda Hilari Klintonla Donald Tramp mübarizə aparacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti