Daha 4 cüdoçumuz mübarizəyə qoşulacaq
73 kq-da Azərbaycanı Avropa çempionu və olimpiya mükafatçısı Rüstəm Orucov, eləcə də Fəqan Quluzadə təmsil edəcək. R.Orucovun 1/8 finalda rəqibi olmadığından, o, mübarizəyə 1/4 final mərhələsindən start verəcək. F.Quluzadə isə pakistanlı Nadim Akramla qarşılaşacaq. F.Quluzadə mərhələ keçəcəyi təqdirdə, yarımfinal uğrunda R.Orucovla görüşməlidir.
81 kq çəkidə yarışan Elvin Əhmədli mübarizəyə 1/16 finaldan başlayacaq. O, növbəti mərhələyə yüksəlmək üçün almaniyalı Benjamin Munnixlə qarşılaşacaq. Qalib cüdoçu 1/8 finalda rusiyalı İvan Vorobyova rəqib olacaq. Ruslan Fərruxzadə 1/8 finaldan başlayacaq və ilk görüşünü monteneqrolu Srcan Mrvalyeviçə qarşı keçirəcək.
Sabah isə 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəkilərdə görüşlər keçiriləcək.
Qeyd edək ki, turnirin ilk günündə 60 kq və 66 kq çəkilərdə Azərbaycanın 4 cüdoçusu mübarizə aparıb. Mehman Sadıqov 60 kq çəkidə turniri 5-ci pillədə başa vurub. Eyni çəkidəki çıxış edən Oruc Vəlizadə, 66 kq-da isə İlqar Müşkiyev və Vüqar Şirinli isə ilk görüşlərində uduzub.
AzVision.az
Teqlər: