Gülən Türkiyəyə nə vaxt veriləcək? - Vaxt açıqlandı

Gülən Türkiyəyə nə vaxt veriləcək? - Vaxt açıqlandı
  29 Oktyabr 2016    Oxunub:22886
Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə eksradisiya edilməsi ilə bağlı bəzi iddialar ortaya çıxıb.
AzVision.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bu həftə ABŞ-lı həmkarı ilə görüşüb. Görüşdə Fətullah Gülənin Türkiyə qaytarılması müzakirə edilib.

Jurnalist Tolqa Tanışa türk və amerikalı mənbələrin verdiyi məlumata görə, Fətullah Gülənin ölkəsinə təhvil verilməsi Barak Obamanın prezidentlikdən getməsindən sonra baş tuta bilər.

Qeyd edək ki, 2017-ci il yanvar ayında Obamın prezidentlik dönəmi başa çatır.

AzVision.az


Teqlər:  





Xəbər lenti