CHP sədrinin müavininə silahlı hücum

CHP sədrinin müavininə silahlı hücum
  30 Oktyabr 2016    Oxunub:1807
Türkiyənin əsas müxalifət partiyalarından biri Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini Bülənt Tezcan silahlı hücum nəticəsində yaralanıb.
AzVision.az “Hurriyet”-ə istinadən xəbər verir ki, naməlum şəxsin atəş açması nəticəsində siyasətçi ayağından yaralanıb.

Hadisə Bülənt Tezcanın Aydın əyalətində restoranda olduğu zaman baş verib. Hücum edən şəxslər atəş açdıqdan sonra şüar səsləndiriblər və hadisə yerindən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti