Hələbdə 500 terrorçu öldürülüb

Hələbdə 500 terrorçu öldürülüb
  30 Oktyabr 2016    Oxunub:1651
Suriya ordusu və könüllülərdən ibarət dəstələr Hələbin cənub-qərbində radikal qruplaşmaların hücumunu dəf edərək 500 terrorçu məhv edib, minədək silahlı yaralanıb.
AzVision.az xəbər verir ki, “Əl Mayədin” telekanalının məlumatına əsasən, silahlılar oktyabrın 28-də səhər saatlarında Hələbin Əl-Əsəd və 1070 rayonlarına hücumları zamanı öldürülüblər.

Ötən gün terrorçular Əz-Zəhra məhəlləsində ikinci dəfə hücuma keçiblər. Məlumata görə, burada yerləşən hərbi akademiyanın ətrafında qızğın döyüşlər hələ də davam etdirilir. Terrorçular hücum zamanı minalanmış avtomobillərdən və kamikadzelərdən istifadə edirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti