Moldovada prezident seçkiləri keçirilir

Moldovada prezident seçkiləri keçirilir
  30 Oktyabr 2016    Oxunub:1160
Bu gün Moldovada prezident seçkiləri keçirilir
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, bu, Moldovada 1997-ci ildən bəri ümumxalq səsverməsi ilə keçirilən ilk prezident seçkilərdir. Bundan əvvəl prezident parlament tərəfindən seçilirdi.

Prezident postu uğrunda 9 namizəd mübarizə aparır. Əsas mübarizə Rusiya ilə yaxınlaşma və Avropaya inteqrasiya tərəfdarları arasında gedir.

Rusiya ilə yaxınlaşma tərəfdarı olan namizədlərdən sosialist İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu əsas favoritlərdən hesab edilir.


Teqlər:  





Xəbər lenti