Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub
  31 Oktyabr 2016    Oxunub:1761
Bu gün Şərqi Gürcüstanda zəlzələ qeydə alınıb.
AzVision.az-ın gürcü mətbuatına istinadən məlumatına görə, zəlzələ barədə İlya Dövlət Universitetinin Seysmoloji Monitorinq Mərkəzi məlumat verib.

Zəlzələ 3,2 bal gücündə olub. Zəlzələnin episentri Şərqi Gürcüstanın Kaxeti bölgəsinin Kvareli şəhərindən 16 km şərqə, Saruso kəndindən 11 kilometr uzaqlıqda, 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti