Əli Kərimli də namizəd olacaq?
Bu barədə AzNews.az-a AXCP-dəki mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Milli Şura avqustun 19-dək seçkilərdə kimin vahid namizədliyi ilə gedəcəyi dəqiqləşdirməsə, AXCP partiya olaraq prezident seçkilərinə qatılmaq variantını müzakirəyə çıxaracaq.
Xatırladaq ki, AXCP Ali Məclisinin son iclasında da partiya sədri Əli Kərimli seçkilərdə namizəd ola biləcəyi ilə bağlı ip ucu vermişdi. O, çıxışında Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına son qoyulmayacağı halda, onun özünün də məqsədə uyğun saydığı təqdirdə yeni bir şəxsin vahid namizədliyinin müəyyənləşdirilməli olduğu barədə təkliflərinin olacağını demiş və MŞ-in avqustun 12-də keçirilən sessiyasında Cəmil Həsənlinin ehtiyat namizəd olmasını dəstəkləmişdi.