İrana silah satan ermənilər tutuldu – 210 il həbs

İrana silah satan ermənilər tutuldu – 210 il həbs
  31 Oktyabr 2016    Oxunub:7692
ABŞ-ın erməni əsilli iki vətəndaşı Zavik Zarkaryan və Vaçe Nairyan qanunsuz yolla hərbi avadanlıqları İrana apardıqlarına görə həbs ediliblər. Onlar 100 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
AzVision.az bu barədə “News.am”-a istinadən xəbər verir.

ABŞ Müdafiə Nazirliyi iddia edir ki, onlar "F-14", "F-15", "F-16" və "F-18" qırıcı təyyarələrinin ehtiyat hissələrini ABŞ-dan İrana göndəriblər. Ehtiyat hissələrinin dəyəri 3 milyon ABŞ dollarıdır.

Məlumata əsasən Zarkaryan və Nairyan ittihamı qəbul etməyib və məhkəmə girov qarşılığında onları zaminə buraxıb.

Məhkəmə onları günahkar bildiyi təqdirdə Zarkaryan 115 il azadlıqdan məhrum ediləcək və dövlətə 4,7 milyon dollar, Nairyan isə 95 il müddətinə azadlıqdan məhrum olunacaq və 3,7 miyon dollar cərimələnəcək.

İşlə əlaqədar məhkəmənin növbəti iclası noyabrın 2-də keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti