ABŞ-da sürücü 22 nəfəri vurdu - VİDEO

ABŞ-da sürücü 22 nəfəri vurdu - VİDEO
  31 Oktyabr 2016    Oxunub:1698
Virciniya ştatında NASCAR yarışlarında sürücü 22 nəfəri vurub.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən “Chevrolet SSR” markalı avtomobilin sükanı arxasında olan şəxs əlillər üçün nəzərdə tutulan parkinqdə digər maşını ötməyə çalışıb.

Lakin o idarəetməni itirib və yoldan keçən piyadalara çırpılıb. Hadisə nəticəsində ciddi xəsarət alanlar olmasa da, doqquz nəfər xəstəxanaya yerləşdirilib. Polis hadisəni törədən şəxsi saxlayıb. Onun qanında alkoqol aşkarlanıb.
Qəza yarışlar başa çatdıqdan təxminən bir saat sonra baş verib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti