ABŞ-ın rok qrupu Azərbaycanda konsert verəcək

ABŞ-ın rok qrupu Azərbaycanda konsert verəcək
  31 Oktyabr 2016    Oxunub:1331
ABŞ-ın ACIDIC musiqi qrupunun Azərbaycana gəlib
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfirliyin Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığı əsasında gerçəkləşən səfər noyabrın 7-dək davam edəcək.

“ABŞ səfirliyi II Azərbaycan Elm Festivalını dəstəkləməkdən, ACIDIC qrupunun festivala töhfə verməsindən çox məmnundur. Musiqi və interaktiv kabinələrin olduğu bu kimi festivallar gənclərin elmə marağını artırır. Bununla elm geniş vüsət alır, tələbələr elm və texnologiya sahələrini öyrənməyə daha çox maraq göstərir. Bu, Azərbaycanda iqtisadiyyatın texniki və elmi sahələrdə artan tələblərinə cavab verəcək savadlı və çoxşaxəli işçi qüvvəsinin hazırlanması, eyni zamanda Azərbaycan hökumətinin prioriteti – iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi baxımdan böyük əhəmiyyət kəsb edir”, - deyə səfirliyin məlumatında vurğulanır.

Qeyd olunur ki, festivalda səfirliyin Bakı Amerika Mərkəzində yaratdığı “Maker Space”i nümayiş etdirən kabinəsi var. Burada uşaqlar robot hazırlaya və kodlaşdırmanı öyrənə bilərlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti