Frank de Bur `İnter`dən qovuldu

Frank de Bur `İnter`dən qovuldu
  01 Noyabr 2016    Oxunub:2198
İtaliyanın “İnter” klubunun baş məşqçisi Frank de Bur tutduğu postdan uzaqlaşdırılıb.

AzVision.az-ın məlumatına görə, buna səbəb komandanın onun rəhbərliyi ilə ardıcıl uğursuz çıxışlar etməsidir.

“İnter” hollandiyalı mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 12 oyundan 7-də məğlub olub.

Komanda hazırda 14 xalla 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Frank de Bur bu ilin avqust ayından “İnter”ə keçib. Onu “Latsio”nun sabiq çalışdırıcısı Stefano Pioli və ya ötən mövsümün sonunda PSJ-dən ayrılan Loran Blanın əvəzləyəcəyi gözlənilir.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti