Qəzetlər bu gün yazır...

Qəzetlər bu gün yazır...
  26 Fevral 2013    Oxunub:1417
Bizim Yol


İctima Palata seçki tərəddüdləri keçirir

“İctimai Palata sanki prezident seçkiləri məsələsində iki strategiya arasında qalıb”. Bunu açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər Quliyev deyib.
Z.Quliyev bildirib ki, qurumda Müsavat Partiyasının, yoxsa AXCP-nin mövqeyinin dəstəklənməsi məsələsi gündəmdən düşməyib: “Hər bir halda İctimai Palatanın bir mövqe ortaya qoymasını istəyirik və çalışırıq. Niyyətimiz seçkiyə bir namizəd, platforma və strategiya ilə getməkdir. Lakin siyasi reallıq başqa məsələləri diktə edir”.
Z.Quliyev hazırkı vəziyyətin İctimai Palatanın xeyrinə olmadığını da qeyd edib: “İstər-istəməz bu vəziyyət İctimai Palatanın seçki prosesində fəal iştirakına maneə yaradır. Çünki bu quruma daxil olan iki aparıcı partiyalardan biri öz namizədini müəyyənləşdirib, digəri isə seçkidə iştirak edib-etməmək məsələsində mövqeyini tam müəyyənləşdirməyib”.

Ramiz Əzizbəyli də Kinematoqrafçılar İttifaqını tərk edir

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “Hökumət evi” adlanan binadakı ofisindən çıxarılandan sonra da təzyiqlər dayandırılmayıb. Hətta hazırda xaricdə olan Rüstəm İbrahimbəyovun vətənə qayıdacağı təqdirdə həbs olunacağı barədə mediada məlumatlar da yayıldı. Amma ssenaristin vəkili Fuad Ağayev Rüstəm İbrahimbəyovun həbs olunması üçün heç bir əsasın olmadığını bildirib. O, qəzetimizə deyib ki, açılan cinayət işi belə bir həbsi istisna edir. Mənbə dünən tanınmış aktyor və rejissor Ramiz Əzizbəyli, prodüser Aydın Abdullayev və “kaskador” Əli Məmmədovun da ittifaqdan istefa vermələri haqqında ərizə yazdıqlarını bildirib. Başlanan ərizə prosesində isə Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin direktoru Cahangir Məmmədovun “xidməti” danılmazdır.

Təhsil eksperti Misir Mərdanovun müdafiəsinə qalxdı

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı monitorinqlər nəticəsində orta məktəblərdə tətbiq olunan dərsliklərdə aşkarlanan səhvlərlə bağlı məsələ şouya çevrilməməlidir”. Bunu açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. O, bildirib ki, telekanallarda bu məsələnin gündəmə qoyularaq şou təşkil edilməsi, hər bir qurumun digəri haqqında fikirlər səsləndirməsi düzgün deyil. Onun sözlərinə görə, orta məktəblərdə tətbiq olunan dərsliklərin məzmunu çox mühüm əhəmiyyət daşıdığından onların keyfiyyəti artırılmalıdır. Təhsil Şurasının sədri məsələni həll etmək üçün müəyyən təkliflər səsləndirib: “Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi ümumi fikirləri ortaya qoyaraq, birgə müzakirə aparmalıdır. Onlar boş danışıqla yox, üzbəüz oturaraq nəyin düz, nəyin əyri olduğunu elmi əsasda sübut etməlidirlər.


Gündəm Xəbər


AMİP prezident seçkilərindən geri çəkilir

“Əsas hədəfimiz 2015-ci ildə növbəti parlament seçkilərində vahid komanda şəklində iştirak etməkdir”. Bunu Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, Məşvərət Məclisi gələcəyə hesablanmış təşkilatdır: “Hələ prezident seçkiləri ərəfəsindəyik. Məşvərət Məclisi bugünkü və ya sabahkı günə hesablanmış təşkilat deyil. Birbaşa hədəfimiz 2013-cü il Azərbaycanda keçiriləcək prezident seçkiləri və seçki mühitinin demokratikləşməsi uğrunda mövqeyin yaradılmasıdır. Eyni zamanda 2015-ci ildə növbəti parlament seçkilərində vahid komanda şəklində iştirak etmək niyyətindəyik”.


Bakı Xəbər


Milli Məclisdəki müxalifət partiyaları da seçkiyə bir namizədlə getmək fikrində deyil

Qarşıdan prezident seçkiləri yaxınlaşdıqca, siyasi partiyalar arasındakı rəqabətin də qızışdığı nəzərə çarpır. Artıq bir sıra partiyalar prezident seçkilərində iştirak üçün öz namizədlərini irəli sürüb. Seçki uğrunda gedən bu mübarizəyə parlamentdə təmsil olunan və adına konstruktiv müxalifət deyilən partiyalar da aktiv qoşulub. Artıq bu qəbildən olan siyasi qurumların da bir neçəsi öz namizədlərinin adını açıqlayıb. Ancaq son anda parlament müxalifətini təmsil edən partiyaların öz aralarından olan hansısa bir namizədi müdafiə edəcəyi barədə də informasiyalar yayılır.


Unikal


Azad Rəhimovla Hacıbala Abutalıbova qarşı böyük təhlükə

Gənclər və idman naziri Azad Rəhimovla Bakı şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu təşfişə salacaq xəbər var. Hesablama Palatası iki oliqarxın dövlət vəsaitlərini necə xərcləndiyini təftiş edəcək.




Teqlər:  





Xəbər lenti