21 yaşlı şahzadə faciəvi şəkildə öldü

21 yaşlı şahzadə faciəvi şəkildə öldü
  02 Noyabr 2016    Oxunub:2903
İtaliyalı şahzadə Filippo Korsini Londonda yük avtomobilinin altında qalaraq dünyasını dəyişib.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Evening Standard nəşri məlumat yayıb.

F.Korsini London universitetlərinin birində biznes üzrə təhsil alırdı. Oktyabrın 31-də Naytsbric rayonunda velosipedlə hərəkətdə olan 21 yaşlı gənci yük avtomobili vurub. Korsini aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Nəşrin məlumatına əsasən, Filippo Korsini Florensiyanın ən qədim aristokrat nəslinin nümayəndəsidir. Roma Papası XII Klimentin (əsl adı Lorenso Korsini, 1730-1740-cı illərdə katolik kilsəsinə rəhbərlik edib) onun əcdadı olduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti