Nazirə velosiped qadağası: Həyatı təhlükə

Nazirə velosiped qadağası: Həyatı təhlükə
  02 Noyabr 2016    Oxunub:3404
London polis xidməti Böyük Britaniyanın yeni Xarici işlər naziri Boris Consona terror təhdidi ilə əlaqədar şəhər küçələrində velosiped sürməyi qadağan edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata görə, Boris Conson adətən Tauer körpüsü yaxınlığında yerləşən meriya və başqa məkanlara velosipedlə gedirdi. O, bu ənənəni xarici işlər naziri seçildikdən sonra davam etdirmək istəyib.

Nazirin dostu “The Sun” qəzetinə bildirib ki, qadağa nazirin qəzəbinə səbəb olub, lakin polislər fikirlərindən dönməyiblər. Belə ki, nazir üzdən tanındığı üçün çox asan hədəfə çevrilə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti