Məşhur azərbaycanlı jurnalist NTV-yə keçdi

Məşhur azərbaycanlı jurnalist NTV-yə keçdi
  02 Noyabr 2016    Oxunub:5664
Teleaparıcı İradə Zeynalova fəaliyyətini Rusiyanın NTV telekanalında davam etdirəcək.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

“Yaxın vaxtlarda İradə Zeynalova NTV kanalında olacaq”, - deyə mənbə agentliyə bildirib.

NTV telekanalının mətbuat xidməti aparıcının kanala keçdiyini təsdiqləsə də, onun hansı proqramı aparacağını açıqlamayıb.

Qeyd edək ki, İradə Zeynalova 2012-ci ildən 2016-cı ilin iyuluna qədər Rusiyanın Birinci kanalında “Voskresnoye Vremya” ("Bazar Zamanı") verilişini aparıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti