Ohanyanın arvadı işdən çıxarılıb

Ohanyanın arvadı işdən çıxarılıb
  02 Noyabr 2016    Oxunub:2511
Ermənistanın səhiyyə nazirinin yeni təyin olunan müavini Samvel Marqaryan sabiq müdafiə naziri Seyran Ohanyanın nazirlikdə işləyən həyat yoldaşı Ruzanna Xaçatryanın oturduğu kabinetə yerləşib.
AzVision.az “Joxovurd”a istinadən xəbər verir ki, hazırda Ohanyanın həyat yoldaşı Ruzannanın məzuniyyət olduğu deyilir.

Xatırladaq ki, Ruzanna Xaçatryan əvvəlki səhiyyə nazirinin müşaviri işləyib.

“Joxovurd” qəzeti Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayandan müşavirin kabinetinin niyə nazir müavininə verildiyini öyrənməyə çalışıb.

“Əgər müşavir vəzifəsindən azad edilməyibsə, niyə kabinetində nazir müavini oturur? Əgər o qayıtsa necə olacaq?” suallarına cavab belə olub: “Əlbəttə, nazir müavini özü seçdiyi kabinetində qalacaq”.

Qəzet bu cavabdan sonra belə qənaətə gəlib ki, keçmiş müdafiə nazirinin arvadını Səhiyyə Nazirliyindən uzaqlaşdırıb.

Samvel Maraqaryan hazırda Ermənistanda ən qəribə məmuru hesab olunur. Belə ki, o, işə çiyinində tutuquşu və velosipedlə gəlir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti