`Amnesty International`ın Moskva bölməsi möhürləndi

`Amnesty International`ın Moskva bölməsi möhürləndi
  02 Noyabr 2016    Oxunub:1653
“Amnesty International”ın Moskva bölməsinin ofisi möhürlənib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, binanın girişə yapışdırılan elanda Moskva şəhər əmlak departamentinin qeydləri var.

Qeyddə yazılıb ki, ofisin qapısını yalnız adıçəkilən departamentin nümayəndəsinin iştirakı ilə açmaq olar.

“Möhürün üzərindəki telefona zəng vurarkən heç kim cavab vermir. Təşkilatda möhürlənmənin nə ilə bağlı olduğunu heç kim bilmir. Təşkilat 20 ildir fasiləsiz olaraq kirayə haqqını ödəyir”, - deyə hüquq müdafiəçiləri bildiriblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti