Ankaradan Mokvaya təşəkkür: `Putin bizə dəstək göstərdi`

Ankaradan Mokvaya təşəkkür: `Putin bizə dəstək göstərdi`
  02 Noyabr 2016    Oxunub:2893
Moskva Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı kəşfiyyat məlumatlarının mübadiləsində Ankraya yardım göstərmişdi. Bununla bağlı Ankara Rusiya hökumətinə minnətdarlığını bildirir.
Bunu Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu çətin bir məqamda Rusiyanın Türkiyəyə kömək etdiyini ifadə edib: “Bizim üçün çətin günlərdə Rusiya bizə yardım göstərərək, əsl dostun kim olduğunu nümayiş etdirdi. Cənab Putin tam dəstək göstərdi, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsini də təklif etdi. Bunun üçün biz Rusiya hökumətinə və xalqına minnətdarıq. Türk xalqı bunu heç vaxt unutmayacaq.”

Qeyd edək ki, iyulun 15-i gecə saatlarında Türkiyədə dövlət çevrilişinə cəhd baş vermiş, lakin cəhdin qarşısı qısa zamanda alınmışdı. Həmin hadisə zamanı 250-yə yaxın adam həlak olmuşdu.

AzVision.az


Teqlər:  





Xəbər lenti