Tramp Klintona çatır - Növbəti sorğu

Tramp Klintona çatır - Növbəti sorğu
  03 Noyabr 2016    Oxunub:1892
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Nevada və Arizona ştatlarında populyarlığa görə demokratlardan olan rəqibi Hillari Klintonu qabaqlayır.
AzVision.az xəbər verir ki, bu barədə CNN teleşirkətinin ORC sorğu xidməti ilə birgə apardığı yeni sorğunun nəticələri göstərir.

Məlumatlara əsasən, Arizona sakinləri arasında sorğulananların 49%-i noyabrın 8-də ABŞ-da keçiriləcək seçkilərdə Trampı dəstəkləməyə hazırdırlar. Onların 44%-i Klintonu dəstəkləyir. Nevada ştatında Trampın üstünlüyü rəqiblərinə nisbətdə daha çoxdur: rəyi soruşulanların 49%-i Trampı prezident görmək istəyir, sabiq dövlət katibini isə ştat sakinlərinin 43%-i dəstəkləyir.

Pensilvaniya ştatında isə durum tamamilə fərqlidir. Belə ki, Klinton respondentlərin 48%-nin dəstəyini qazanıb, Tramp isə - 44%-nin. Hilari Florida ştatında milyarderi qabaqlayır. Burada səs fərq yalnız iki faizdir. Trampı 47% seçici, Klintonu isə 49% seçici dəstəkləyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti