`Biz heç kimin qarşısında baş əymirik` - Ərdoğan

`Biz heç kimin qarşısında baş əymirik` - Ərdoğan
  03 Noyabr 2016    Oxunub:1993
"Kimsə Türkiyədə əməliyyat apara bilməz".
AzVision.az “Habertürk”-ə istinadən xəbər verir ki, bu barədə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə xalqı 15 iyulda sadəcə bayrağına, azanına, demokratiyasına deyil, hədəflərinə də sahib çıxdı: "Bundan narahat olanlar oldu. Azan səslərindən narahat olanlar oldu. Əvvəllər də belələri var idi, gələcəkdə də olacaq. Xalqımız FETÖ daxil olmaqla bütün terror təşkilatlarına meydan oxuyaraq "tək millət, tək vətən, tək bayraq" dedi. Bizim torpaqlarımız şəhid qanları ilə yoğruldu, kimsə vətənimizdə əməliyyat apara bilməz".

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə bundan sonra terroru mənbəyində məhv edəcək: "Bunun üçün Suriyadayıq, İraqdayıq. Yerləşmək üçün deyil, oradan gələn təhdidlərin qarşısını yerində almaq üçün ordayıq. Biz baş verən, amma baş əyməyən bir millətik".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti