Diyarbəkirdə güclü partlayış: Ölən və yaralılar var (Video)

 Diyarbəkirdə güclü partlayış: Ölən və yaralılar var (Video)
  04 Noyabr 2016    Oxunub:2699
Türkiyənin Diyarbəkir şəhərində güclü partlayış baş verib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə şəhərin Bağlar rayonunda Təhlükəsizlik İdarəsinin binasında qarşısında törədilib.

Məlumata əsasən, partlayış səsi şəhərin bir çox yerlərində eşidilib. Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb edilib.

***

Türkiyə KİV-lərinin yaydığı son məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb.




Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti