`Azərbaycanlılarla bağlı xəbər təxribatdır` - Gürcüstanın deputatı
Gürcüstan parlamentinin yeni seçilən azərbaycanlı deputatı Ruslan Hacıyev AzVision.az-a bildirib ki, soydaşlarımızla gürcülər arasında heç bir toqquşma baş verməyib.
Deputatın sözlərinə görə, bu məsələ yerli mətbuatda məqsədyönlü şəkildə təhrif olunaraq işıqlandırılıb: “Hal-hazırda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır. Son günlər Azərbaycanın bəzi mətbu orqanlarında Gürcüstanda baş verən hadisələr qeyri-obyektiv, qərəzli, əsası olmayan şəkildə təqdim olunur. Bununla Azərbaycan oxucusuna yalnış məlumat verirlər. Son günlər bir sıra xəbər saytlarında Gürcüstan azərbaycanlılarıyla bağlı yazılan məlumatları səhv və provokasiya kimi qiymətləndirirəm. Heç bir problemimiz yoxdur və həyat öz axarında davam edir”.
Anar Kəlbiyev
AzVision.az