Dəmirtaş ifadə verməkdən imtina edir

Dəmirtaş ifadə verməkdən imtina edir
  04 Noyabr 2016    Oxunub:1659
Dünən Diyarbəkirdə respublika prokurorluğunun apardığı istintaq çərçivəsində evində saxlanılan HDP həmsədri Səlahəddin Dəmirtaş vəkili ilə birlikdə prokurorluğa aparılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkili Demirtaşın ona qarşı acılan cinayətlərə dair prokurorun suallarına cavab vermək istəmədiyini, sadəcə qısa bəyanat verəcəyini bildirib.

Prokuror müavini isə Demirtaşın həbs edilməsini istəyib. Demirtaş, həbs olunması tələbi ilə Sülh Cəza Hakimliyinə sövq edilib.

Baş nazirin mətbuat xidməti isə bildirib ki, HDP- li deputatlar istintaqa ifadə verməkdən boyun qaçırdıqları üçün polis tərəfindən saxlanılıblar.

Qeyd edək ki, Səlahəddin Dəmirtaşla yanaşı, partiyanın digər həmsədri Figen Yüksəkdağ və 11 deputat da saxlanılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti