`Tramp prezident seçilməyəcək` - Culian Assanc

`Tramp prezident seçilməyəcək` - Culian Assanc
  04 Noyabr 2016    Oxunub:2842
“Wikileaks” saytının baş redaktoru Culian Assanc “RT” üçün eksklüziv müsahibəsində bəyan edib ki, ABŞ-da baş tutacaq prezident seçkilərində Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın qalib gəlməsinə imkan verilməyəcək.
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Assanc bildirib ki, Tramp təklənib: “O, bütün qrup təşkilatlarını özündən kənarlaşdırdı. Banklar, kəşfiyyat, hərbi sənaye şirkətləri, iri xarici şirkətlər və sairə hamısı Hillari Klintonun ətrafında birləşib. Bunu KİV-lər haqqında da demək olar. Media sahibləri, hətta sadə jurnalistlər Klintonu dəstəkləyir”.

Assanc daha əvvəl bildirib ki, ABŞ prezidentliyinə namizəd Hillari Klinton öz yazışmalarında Səudiyyə Ərəbistan və Qətərin İŞİD-ə pul ayrıdığını etiraf edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti