Diyarbəkirdəki terroru PKK törədib

Diyarbəkirdəki terroru PKK törədib
  04 Noyabr 2016    Oxunub:1613
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda törədilən terror aktına görə məsuliyyəti PKK üzərinə götürüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış mikroavtobusa qoyulan bir tondan çox partlayıcı maddə ilə törədilib.

Partlayış nəticəsində ətrafdakı binalara ciddi ziyan dəyib. Ədliyyə naziri Bəkir Bozdağ partlayışdan sonra verdiyi ilk açıqlamada bildirib ki, hücumda polis və mülki şəxslər şəhid olub. Lakin konkret rəqəm açıqlamayıb.

Anadolu agentliyi isə hücumda bir nəfərin həyatını itirdiyini, 30 nəfərin isə yaralandığını açıqlayıb.

Partlayışın hədəfinə çevrilən Çevik Polis şöbəsinin qərargahında müxtəlif cinayətlərdən saxlanılan şübhəlilər digər bölmələrə yerləşdirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti