Avropa Məhkəməsi ermənilərin şikayətinə baxmayıb

Avropa Məhkəməsi ermənilərin şikayətinə baxmayıb
  15 Avqust 2013    Oxunub:1263
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ramil Səfərovla bağlı ermənilərin şikayətini qəbul etməyib.
AzVision.az xəbər verir ki, Avropa Məhkəməsi Qurgen Markaryan və Ayk Makuçyan barədə ermənilərin təqdim etdiyi şikayət ərizəsinə hələ baxmayıb.

Erməni tərəfi Ramil Səfərovla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ərizəsi ilə bu ilin fevralında müraciət edib. Şikayətdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2 və 14-cü maddələri yer alıb. Sənədin hazırlanmasında ermənilərlə yanaşı, xarici ekspertlər də iştirak edib. Bu barədə vəkil Nazeli Vardanyan məlumat verib. Onun sözlərinə görə, proses bir il davam edə bilər. Ayk Makuçyan isə Avropa Məhkəməsindən ədalətli qərar gözlədiyini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti