Nazirdən tutulan deputatlarla bağlı Açıqlama

Nazirdən tutulan deputatlarla bağlı Açıqlama
  04 Noyabr 2016    Oxunub:2321
Türkiyədə saxlanılan millət vəkilləri hüquqa hörmətsizlik ediblər.
AzVision.az "Habertürk"-ə istinadən xəbər verir ki, bunu ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Nazir qeyd edib ki, Türkiyə hüquqi dövlətdir, qanun qarşısında hamı bərabərdir: "Bərabərlikdən niyə narahatsınız ki? Bildiyiniz kimi, 20 may 2016-cı ildə deputatların toxunulmazlığı aradan qaldırılıb".

Onun sözlərinə, saxlanılan millət vəkilləri hüququn işləməsinə şərait yaratmayıb, hüququ tanımayıblar: "Hüquqa hörmətsizlik ediblər. Belə bir vəziyyətdə qanun və hüquq hansı tədbirin görülməli olduğunu açıq şəkildə yazır"

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti