Rəşad Sadıqov Avropanın ən yaxşıları sırasında

Rəşad Sadıqov Avropanın ən yaxşıları sırasında
  04 Noyabr 2016    Oxunub:2227
UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun rəmzi komandası elan edib.
AzVision.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı onbirliyə "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov da düşüb.

Rəmzi yığmaya aşağıdakı futbolçular daxildir:

Qapıçı - Ralf Ferman ("Şalke", Almaniya);

Müdafiəçilər - Vircil van Deyk ("Sauthempton", İngiltərə), Rəşad Sadıqov ("Qarabağ", Azərbaycan), Numan Çürüksu ("Osmanlıspor", Türkiyə);

Yarımmüdafiəçilər - Hvan Çi Çhаn ("Red Bull", Avstriya), Juliano ("Zenit", Rusiya), Nikoloz Stançu ("Anderlext", Belçika), Tayson ("Şaxtyor", Ukrayna);

Hücumçular - Edin Dzeko ("Roma", İtaliya), Arits Aduris ("Ateltik", İspaniya), Mussa Sou ("Fənərbağça", Türkiyə)

AzVision.az


Teqlər:





Xəbər lenti