`Sosial şəbəkələrə giriş bərpa olunacaq` - Binəli Yıldırım

`Sosial şəbəkələrə giriş bərpa olunacaq` - Binəli Yıldırım
  04 Noyabr 2016    Oxunub:1791
Türkiyənin Baş naziri Binəli Yıldırm ölkədə mobil telefonlar vasitəsilə "Facebook", "Whatsapp", "Twitter" və "Youtube"a girişin bağlanmasına münasibət bildirib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir bu addımın təhlükəsizliklə bağlı atıldığını deyib. B.Yıldırım yaxın vaxtlarda "Whatsapp", "Twitter" və "Youtube"a girişin bərpa olunacağını söyləyib: “Təhlükə aradan qalxdıqdan sonra sosial şəbəkələrin fəaliyyəti normallaşacaq”.

Qeyd edək ki, “TurkeyBlocks” senzura monitorinq qrupu Türkiyədə “WhatsApp” messenceri, “YouTube” videohostinqi, “Facebook” və “Twitter” sosial şəbəkələrinə girişin qadağan olunduğunu bildirmişdi.

“TurkeyBlocks” sosial şəbəkə və mesencerlərə girişin qadağan olunmasını ötən gün HDP liderləri və 11 deputatın həbs olunması ilə əlaqələndirirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti