Səlahəddin Dəmirtaş həbs edildi - Rəsmi

Səlahəddin Dəmirtaş həbs edildi - Rəsmi
  04 Noyabr 2016    Oxunub:2588
Türkiyədə məhkəmə Xalqların Demokratik Partiyasının həmsədrləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağ barəsində prokurorun verdiyi vəsatəti təmin edib.
AzVision.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, nəticədə hər iki şəxs həbs edilib. HDP-li digər deputat Sırrı Süreyya Öndər polis nəzarətində olmaq şərtilə azad edilib və ölkədən çıxmasına qadağa qoyulub.

Qeyd edək ki, bununla da haqqında həbs-qətimkan tədbiri seçilən HDP-çi deputatların sayı 5-ə çatıb.

İdris Balukənin ardından məhkəmə Nursəl Aydoğan və Leyla Birliklə bağlı həbs qərarı çıxarıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti