Ermənistanın baş naziri Qarabağa gedir

Ermənistanın baş naziri Qarabağa gedir
  05 Noyabr 2016    Oxunub:2304
Ermənistanın yeni baş naziri Karen Karapetyan şənbə günü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.

Karapetyan Qarabağa səfəri zamanı doğulduğu Əsgəran şəhərinə baş çəkəcək.

Erməni baş nazir, həmçinin Qarabağda qondarma rejim rəhbəri Bako Saakyanla görüşəcək. Bundan əlavə, Karapetyanın təmas xəttində erməni hərbçilərə də baş çəkəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti