`Bizim üçün Klinton da pisdir, Tramp da...` - Əsəd

`Bizim üçün Klinton da pisdir, Tramp da...` - Əsəd
  05 Noyabr 2016    Oxunub:3388
Bütün dünyada ABŞ-ın gələcək prezidenti kimi Hillari Klinton və ya Donald Trampın hansının yaxşı olacağı barədə müzakirələr getdiyi halda, Suriyada onlardan hansının daha pis olacağı haqda düşünürlər.
AzVision.az xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd Serbiyanın “Politika” qəzetinə müsahibəsində bildirib.

“Güman edirəm ki, dünyanın müxtəlif hissələrində bu mövzuda diskussiyalar kim daha yaxşıdır – Tramp, yoxsa Klinton kimi aparılır. Suriyada isə biz onlardan hansının daha pis olmasını müzakirə edirik. Ona görə də mən düşünmürəm ki, onlardan hansısa bizim üçün müsbət olacaq. Biz ABŞ-ın yürütdüyü siyasətin müsbət tərəfə yönəldiyini göstərən heç bir şərt görmürük”, - deyə Əsəd vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti