`Əl-Qaidə`nin rəhbərlərindən biri öldürülüb

`Əl-Qaidə`nin rəhbərlərindən biri öldürülüb
  05 Noyabr 2016    Oxunub:1749
Əlcəzairdə “Əl-Qaidə” terror qrupunun rəhbərlərindən biri öldürülüb.
Bu barədə “Sputnik” agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadla xəbər yayıb.

Bildirilib ki, terrorçu ölkənin şərqindəki Cincel vilayətində Əlcəzair hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Məlumatda bildirilir ki, məhv edilən Əbu Harun Əlcəzairin şərqində fəaliyyət göstərən terrorçuların rəhbəri olub. Onun yanında daha bir nəfərin də öldürüldüyü xəbəri verilir. Əməliyyat zamanı terrorçulardan silah-sursat götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti